Qadın Xəstəliklərinin Növləri və Onların Müalicəsi

Statistik hesablamalara görə qadınların 60% – i ginekoloji xəstəliklərdən əziyyət çəkir. Ekspertlər isə bu göstəricinin daha yüksək olduğunu və bir çox qadınların həkim müayinəsindən belə keçmədiyini vurğulayırlar.

Qadın xəstəlikləri yumurtalıq və yumurtalıq artımlarının xəstəlikləri olmaqla qeyd edilir. Bu xəstəliklər iltihabi proseslər, hormonal pozğunluqlar, endometriumun xəstəlikləri və şiş xəstəlikləri şəklində özünü bildirir. Ginekoloqlar həkimə iltihabi xəstəliklərdən çətinlik çəkən qadınların çox illər öncədən bu əlamətlərin meydana çıxdığını söyləyirlər. Ginekoloqlar qadınlarda baş verəniltihabi xəstəliklərin qadınların orqanizminə və aktiv həyatına mənfi təsir etdiyini söyləyirlər.

Qadın cinsiyyət üzvlərinin əmələ gətirdiyi ən böyük problemlərdən biri isə, bu xəstəliklərin qadının hamilə qala bilməsinin qarşısını almasıdır. Qadın cinsiyyət orqanlarının xəstəliklərini aşağıdakı qruplara bölürlər:

İnfeksion xəstəliklər

Bu xəstəliklərə uşaqlıq, uşaqlıq yolu, yumurtalıq və yumurtalıq artımlarının iltihabi xəstəlikləri aiddir. Bu xəstəliklər başlıca olaraq cinsi yolla yoluxur. Xəstəliyin törədiciləri xlamidoz, trixomoniaz, qonoreya, kandidalar və başqa mikrob və bateriyalardır. Xəstəliyə diaqnoz yaxmanın mikroskopik müayinəsi vasitəsilə qoyulur və törədiciyə uyğun müalicə aparılır.

Endokrin Xəstəliklər

Endokrin sistemin pozulmaları səbəbli baş verən qadın xəstılikləri hipofizin, böyrəküstü vəzin, yumurtalıqların funksiyasının pozulması zamanı baş verir. Bu səbəbdən baş verən xəstəliklər qadınlarda hamiləliyin baş verməməsinə, aybaşı pozğunluqlarına və hətta qadınların xarici görünüşündə baş verən dəyişiklikərə səbəb olur. Hormonal sistemdə baş verən pozğunluqlar qadınların cinsi həyatınada mənfi təsir edir. Endokrin səbəbli baş verən qadın xəstəlikləri anadangəlmə və qazanılma ola bilər. Bu xəstəliklər sonsuzluğa, piylənməyə gətirib çıxarır.

Şiş Xəstəlikləri

Qadın cinsiyyət orqanlarında baş verən şiş xəstəlikləri xoşxassəli və bədxassəli olmaqla iki yerə ayrılır. Şiş xəstəliklərin əmələ gəlməsi qadınların yaşından asılı olmur. Şiş toxuması bədxassəli olduqda başqa orqanlara da yayılaraq xəstəliyi daha da ağırlaşdıra bilir. Bir sıra hallarda ginekoloji şiş xəstəlikləri həkimintəsadüfi müayinəsi zamanı meydana çıxır. Bu səbəbdən də mütəxəssislərqadınların ildə ən azı 2 dəfə ginekoloqa müraciət etməsini məsləhət bilirlər.

Ginekoloji Xəstəliklərin Əlamətləri

Qadın cinsiyyət orqanları xəstəliklərinin əlamətləri aşağıdakılardır:

  • Aybaşı pozğunluğu, onun xarakteri (uzunmüddətli, qanaxmaya meyilli və b.)
  • Ağrı (aybaşı, ya da cinsi əlaqə zamanı), qarının dibində kəskin ağrılar
  • Axıntı (törədicinin xüsusiyyətinə uyğun olaraq ağ, sarı, iltihablı, qanlı, pis iyli ola bilir)
  • Qaşınma (kandidoz səbəbli baş verir)

Qadın Xəstəliklərinin Müalicəsi

Qadın xəstəliklərinin müalicəsi xəstəliyin növünə uyğun olaraq aparılır. İltihabi xəstəliklərin müalicəsində antibiotik, ümumi qüvvətləndirici və fizioterapevtik müalicə üsullarından istifadə edilir.

Göbələklər, ya da bakteriyalar səbəbli baş verən xəstəliklər xəstəliyin törədicilərinə uyğun olaraq aparılır.

Qadın cinsi orqanlarının şiş xəstəlikləri xəstəliklərin ağırlıq dərəcəsinə uyğun olaraq cərrahi, radioterapiya və ya lazer terapiyası ilə aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir