Gicitkənin Faydaları: Gicitkənin Tərkibi Mendeleyev Cədvəlidir

Yeni gicitkənin faydaları ilə bağlı bilgi vermək istəyirəm, çünki tər gicitkən qurusundan daha çox faydalıdır. “Gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir”, ya da “Allah bütün vitamin və mineralları bu bitkinin içinə qoymuşdur” – desək, yanılmarıq.

“Gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir”, ya da “Allah bütün vitamin və mineralları bu bitkinin içinə qoymuşdur”

Fizuli Hüseynov

Yazın başlanğıcında, insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əskikliyi yaranır və bu əskiklik uşaqlarda daha çox özünü göstərir.

Əlinizə rezin əlcək geyinib gicitkəni dərin, suda yuyun və qayçı ilə doğrayıb şüşə qabın yarısına qədər doldurun, üstünə su əlavə edib blenderlə qarışdırın. Yeni gicitkən şirəniz hazırdır. Yenicə yığılmış yarpaqları yuyub şirəçəkəndən keçirmək də olar. Bu zaman təmiz gicitkən şirəsi əldə edəcəksiniz. Bu şirədən gündə 2 dəfə, yeməkdən öncə 1 stəkan için. Bədəndə çatmayan bütün vitamin və mineralların yerini dolduracaqdır. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr üçün çox faydalıdır.

Yeni gicitkən şirəsi qanda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəkləri daş və qumlardan təmizləyir, dərini təravətləndirir, immuniteti artırır. Bundan başqa yeni gicitkəndə çoxlu K vitamini vardır ki, qanın laxtalanmasını tənzimləyir. Yeni gicitkəni dərib süpürgə kimi bağlayıb, sauna, ya da hamamda dizlər və bel nahiyəsi həmin süpürgə ilə döyülür. Revmatizmdə, bel ağrılarında və orqanizmi gücləndirmək üçün çox faydalıdır.

Yeni gicitkən ətçəkən maşından keçirilib təzə tökülmüş saçların yerinə lopa şəklində qoyulduqda yeni tük gətirir, olan saçları qalınlaşdırır. Bunu zob üzərinə qoyanda düyünlər əriyir, daban mahmızı üzərinə qoyanda isə mahmız kiçilir. Oynaqların duzlaşmasında və podaqrada tətbiq olunanda oynaqlarda olan şiş və ödem azalır. Belin aşağı hissəsində tüklər follikullara girib infeksiya törətdikdə, gicitkən əzməsi büzdümün həmin nahiyəsinə qoyulur, iltihab və ağrını azaldır. Bunu ekzema və dəmrovların üzərinə qoyanda dəri zədələnməsi önəmli dərəcədə azalır, lipomaların isə ölçüsünü kiçildir.

Gicitkən kökləri prostat vəzin adenomasında (xoşxassəli şişlərində) çay kimi dəmlənib içilir.

Gicitkən kökləri prostat hiperplaziyasında (böyüməsində) 3 çay qaşığı 3 stəkan suda 3-4 dəqiqə qaynadılır, ilıq olandan sonra süzülür, gündə 3 dəfə yeməkdən 1 saat qabaq 1 stəkan içilir.

Yeni gicitkən şirəsini 10 gün içidikdən sonra 1 həftə ara vermək gərəkdir, çünki qanı qatılaşdıra bilər.

Gicitkən yarpaqlarından Misirdə təbii qida boyası alınır.

Qaynaq: Fizuli Hüseynov (http://fizulihuseynov.com/)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir