Aspirinlə Üz Dərisinə Müxtəlif Maskalar

Aspirinin tərkibinəki asetilsalisi turşusu kosmetologiyada çox geniş istifadə olunur.

Aspirin maskaları dərini çox yaxşı təmizləyir, yağlılığını azaldır, civzələrin və qara nöqtələrin yaranmasının qarşısını alır. Belə maskalardan müntəzəm olaraq həftədə 1-2 dəfə istifadə etmək gərəkdir. Maskaları dəridə 10 dəqiqədən artıq saxlamaq lazım deyil. Yanğı duyğusu yarandıqda, maskanı dərhal ilıq su ilə yumaq lazımdır.

Sizə tərkibində aspirin olan bir neçə maska təqdim edirik:

1. Sadə aspirin maskası:

4 aspirin həbi əzilir, ilıq su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir.  

2. Balla aspirin maskası:

3 aspirin həbi əzilir, 1 çay qaşığı ilıq su və 1 çay qaşığı duru bal əlavə olunub qarışdırılır və üz dərisinə çəkilir.

3. Qatıqla spirin maskası:

2 aspirin həbi əzilir, 1 yemək qaşığı qatıq əlavə olunur, qarışdırılıb üz dərisinə çəkilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir